Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp İranı HƏDƏLƏDİ: Nüvə obyektindəki fəallığa görə

10.09.2026 10:16

Tramp İranı HƏDƏLƏDİ: Nüvə obyektindəki fəallığa görə

ABŞ Prezidenti Donald Tramp Natanz yaxınlığında ehtimal edilən yeni nüvə obyektində fəallığın davam edəcəyi təqdirdə, İrana “güclü zərbə” endirilə biləcəyini deyib.

Primeinfo.az xəbər verir ki, bu barədə Tramp ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində hakim Respublikaçılar Partiyasının Dallasda baş tutan milli qurultayında çıxış edərkən bildirib.

“Biz Kirk dağında kiçik fəallıq müşahidə edirik. Mən İrana hiyləgərlik etməməyi məsləhət görərdim, çünki biz onlara çox güclü zərbə endirməli olacağıq. Bizim seçimimiz yoxdur”, – deyə o, vurğulayıb.

Paylaş: