Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: mina

Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yaydı

Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yaydı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində 2026-cı il 5 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.

XİN müavinindən mina fəaliyyətində dəstək üçün beynəlxalq tərəfdaşlara ÇAĞIRIŞ

XİN müavinindən mina fəaliyyətində dəstək üçün beynəlxalq tərəfdaşlara ÇAĞIRIŞ

Azərbaycan mina fəaliyyətini beynəlxalq gündəmin diqqətində saxlamaq üçün ardıcıl səylər göstərib. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında keçirilən panel sessiyadakı çıxışında deyib. “2022-ci ildən etibarən Azərbaycan Birləşmiş Millətlər Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində Bakıda bir sıra beynəlxalq mina fəaliyyəti konfranslarına ev sahibliyi edir.

İlham Əliyev: "Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir"

İlham Əliyev: "Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir"

Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir. Azərbaycan həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərdə ümumi yenidənqurma və bərpa prosesinin əsas yükünü öz milli resursları hesabına həyata keçirir. Primeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətdə deyilir.

Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (24 avqust-30 avqust) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 161 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 689 Partlamamış Hərbi Sursat aşkarlanıb. Bildirilib ki, 2048,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Azad edilən ərazilərdə daha 107 mina, 784 PHS AŞKARLANIB - FOTO

Azad edilən ərazilərdə daha 107 mina, 784 PHS AŞKARLANIB - FOTO

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (03.08.2026-09.08.2026) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 87 piyada əleyhinə mina, 20 tank əleyhinə mina, 784 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1581 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xocavənddə traktor minaya düşdü

Xocavənddə traktor minaya düşdü

Xocavənd rayonunda traktor minaya düşüb. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Qızılqaya kəndində qeydə alınıb. Məlumata görə, E.Abbasovun idarə etdiyi traktor kənd ərazisində minaya düşüb.