Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: mina

XİN: 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

XİN: 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

2020-ci il Vətən müharibəsindən bəri Ermənistanın əraziləri mina ilə çirkləndirməsi nəticəsində 433 nəfər mina qurbanı olub. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” səhifəsində bildirilib. Son hadisədə daha iki Azərbaycan vətəndaşının minaya düşərək ağır xəsarət aldığını diqqətə çəkən XİN beynəlxalq ictimaiyyəti Azərbaycana minalardan təmizləmə işlərinə daha güclü dəstək verməyə çağırıb.

Hörmüz boğazında tanker minaya düşüb

Hörmüz boğazında tanker minaya düşüb

  Radar sistemini söndürən neft tankeri Hörmüz boğazında minaya düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Defa Press”ə məlumatlı mənbə bildirib. “Bir saat əvvəl Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutdan kənara çıxan tanker dəniz minasına düşüb”, – o qeyd edib.

Xocavənddə minalanmış ərazidə YANĞIN BAŞLADI

Xocavənddə minalanmış ərazidə YANĞIN BAŞLADI

Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib. Primeinfo.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar. Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir.

Qarabağ və Şərqi Zəngəzurda 255 min partlayıcı aşkarlanıb - ANAMA

Qarabağ və Şərqi Zəngəzurda 255 min partlayıcı aşkarlanıb - ANAMA

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramının əsas prioritetlərindən biri humanitar minatəmizləmə fəaliyyətidir. Primeinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən media brifinqində agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. O qeyd edib ki, ANAMA-nın fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir.

Azad edilmiş ərazilərdə 114 mina, 237 PHS AŞKARLANIB - FOTO

Azad edilmiş ərazilərdə 114 mina, 237 PHS AŞKARLANIB - FOTO

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftə (06.07.2026-12.07.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, işğaldan azad edilmiş bölgələrdə ötən həftə 54 piyada əleyhinə mina, 60 tank əleyhinə mina, 237 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1421,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Azad edilmiş ərazilərdə daha 44 mina, 259 PHS AŞKARLANIB

Azad edilmiş ərazilərdə daha 44 mina, 259 PHS AŞKARLANIB

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftı (29.06.2026-05.07.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, işğaldan azad edilmiş bölgələrdə ötən həftə 23 piyada əleyhinə mina, 21 tank əleyhinə mina, 259 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 2 333, 3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Azad edilmiş ərazilərdə 113 mina, 514 PHS aşkarlandı - FOTO

Azad edilmiş ərazilərdə 113 mina, 514 PHS aşkarlandı - FOTO

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftə (16.06.20026 -21.06.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə may ayında 84 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 514 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1 710, 16 hektar ərazi mina və PHS-lərdən təmizlənib.