Xəbər axtarın

Son axtarış nəticələri:

Haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində görülən işlərin NƏTİCƏLƏRİ

10.09.2026 11:49

Haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində görülən işlərin NƏTİCƏLƏRİ

Haqsız rəqabətin qarşısının alınması məqsədilə, hesabat dövründə ümumilikdə 37 araşdırma həyata keçirilib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisar sahəsində dövlət nəzarəti” mövzusunda keçirilən tədbirdəAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev məlumat verib.

Araşdırmaların 25-i əmtəə nişanından qanunsuz istifadə yolu ilə haqsız rəqabətə yol verilməsi, 12-si isə digər haqsız rəqabət halları ilə bağlı olub.

Bildirilib ki, hesabat dövründə aşkar edilmiş pozuntularla bağlı 23 iş üzrə araşdırma başlanılıb. Onlardan 18-i əmtəə nişanından qanunsuz istifadəyə əsaslanan haqsız rəqabət halları, 5-i isə digər haqsız rəqabət pozuntuları ilə bağlı olub.

Qeyd edək ki, pozuntuları könüllü şəkildə aradan qaldıran subyektlərin sayı 14 olub.

Paylaş: