
“Əgər Rusiya Ukrayna cəbhəsində uğur qazanarsa, əsas hədəfi Azərbaycan olmaqla, eyni zamanda digər postsovet məkanı ölkələri də olacaq. Bu ölkə savaşdan və qandan doymur. Bütün əsrlərdə savaşların mərkəzində bu və ya digər formada Rusiya var”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, Rusiya Ukraynada öz maksimal hədəflərinə çata bilmədi. Lakin Donbas tamamilə nəzarətinə keçərsə, Rusiya qonşu ölkələrə təzyiqləri daha da artıdacaq.
Davamı “Qırmızı masa”da: