Xəbər axtarın

Son axtarış nəticələri:

Hikmət Hacıyev: "Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır" - FOTO

11.09.2026 10:32

Hikmət Hacıyev: "Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır" - FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə birlikdə Qarabağa 22-ci səfərini etdiklərini bildirib.

Primeinfo az xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.

“Son altı il ərzində Qarabağ və Şərqi Zəngəzurda gözlərimiz önündə baş verən diqqətəlayiq və nümunəvi transformasiyanın şahidi olmuşuq. Bu gün bu torpaqlar əsl intibah dövrünü yaşayır”, – paylaşımda qeyd olunub.

Hikmət Hacıyev bildirib ki, hər səfər zamanı yenidənqurma və inkişaf sahəsində yeni nailiyyətlər, eləcə də bu ərazilərə həyatın tədricən qayıtması müşahidə olunur.

 

Paylaş: