Ha çalışıram, yaddaşıma xəyal kimi gəlib gedir. Dərd içində çırpındığım o anlarda bir nəfər mənə yaxınlaşdı. O, özünü hüquq-mühafizə orqanının işçisi kimi təqdim edərək məndən “Telefonuna nəsə çəkibsənmi” deyə soruşdu.
Müğənni Niyam Salami çalışdığı məkanda haqsızlığa məruz qaldığını iddia edib. Primeinfo.az xəbər verir ki, sənətçi bir neçə gün əvvəl iki nəfərin ölümü ilə nəticələnən kanat qəzasının baş verdiyi “Şəki yaylası” istirahət mərkəzinin sahibindən şikayətlənib. Niyam həmin şəxsin Novxanıda yerləşən restoranında çalışdığını və işdən ayrıldıqdan sonra problemlərlə üzləşdiyini iddia edib: “İndi də eşitdim Şəki yaylağında açdığın yerdə kanat çəkirsən.
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. Primeinfo.az Bakupost.az-a istinadla xəbər verir ki, Ucal Bayramovun bacısı Xəyalə Bayramova AzTV-nin hadisə ilə bağlı hazırladığı süjetə sərt reaksiya verib. X.Bayramova hadisənin təqdimatından narazı olduğunu bildirib və məsələnin hüquqi müstəvidə araşdırılacağını vurğulayıb.
Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində sentyabrın 8-də iki şəxsin hündürlükdən yıxılaraq həlak olması ilə əlaqədar cinayət işi başladılıb və ibtidai istintaq aparılır.
“Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib.
Şəkidə yerləşən “Şəki Yaylası” istirahət mərkəzində əyləncə qurğusunun trosunun qırılması nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı qurğunun texniki təhlükəsizlik tələblərinə uyğunluğu, qeydiyyatı, texniki baxışdan keçirilib-keçirilməməsi və qəzanın səbəbləri barədə FHN-ə suallar ünvanlanıb. Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, bu kimi qurğulara nəzarət FHN-in səlahiyyətlərinə daxil deyil.
Xəbər verdiyimiz kimi, Şəkidə yerləşən “Şəki Yaylası” istirahət mərkəzində baş verən faciə iki nəfərin həyatına son qoyub. Trosun qırılması nəticəsində 27 yaşlı Ucal Bayramov və 31 yaşlı Coşqun Məmmədov həyatını itirib. Primeinfo.az Xitab24.az-a istinadən xəbər verir ki, Ucal Bayramov Akademik Zərifə Əliyeva adına liseyin məzunu olub.