
2026-2027-ci tədris ili ərəfəsində ümumi təhsil müəssisələrində təmir-tikinti işləri davam etdirilir.
Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) hazırda ümumilikdə 862 məktəbdə təmir-tikinti işlərinin aparıldığı bildirilib.
Qeyd olunub ki, 450 məktəbdə təmir-tikinti işləri artıq yekunlaşıb. Hazırda 412 məktəbdə davam etdirilən işlərin yeni tədris ili başlanana qədər başa çatdırılması nəzərdə tutulur.
Bununla yanaşı, yeni tədris ili ərəfəsində 15 məktəbdə tikinti işlərinin yekunlaşdırılaraq həmin müəssisələrin istifadəyə verilməsi planlaşdırılır.