Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Pezeşkianın türkcə danışması Türkiyəyə bir ismarıcdır” - VİDEO

08.09.2026 18:00

Aygün Muradxanlı: “Pezeşkianın türkcə danışması Türkiyəyə bir ismarıcdır” - VİDEO

“Mənə elə gəlir ki, Pezeşkianın türkcə danışması ən çox Türkiyəyə verilmiş bir ismarıcdır”.

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” platformasında bildirib.

O, İran Prezidenti Məsud Pezeşkianın Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşdə Azərbaycan türkcəsində danışmasını şərh edib.

“Söhbət regiondakı iki böyük ölkədən, iki gücdən gedir. Məncə, Pezeşkianın niyyətindəki hədəf bu iki ölkənin təhlükəsizlik tandeminin yaradılmasıdır. Bu, kimin üçünsə çox paradoksal, utopik görünə bilər. Amma region bizimdir – türklərindir. Biz burada yaşamağın yollarını axtarmalıyıq və regiona hakimlik etməliyik. Fikrimcə, Pezeşkianın beynindəki fikir bundan ibarətdir”.

Davamı “Qırmızı masa”da:

 

 

Paylaş: