Xəbər axtarın

Son axtarış nəticələri:

XİN rəhbəri: "Bakının iştirakı olmadan TRIPP-in icrası mümkünsüzdür, ABŞ Azərbaycanı məlumatlandırır"

09.09.2026 13:49

XİN rəhbəri: "Bakının iştirakı olmadan TRIPP-in icrası mümkünsüzdür, ABŞ Azərbaycanı məlumatlandırır"

TRIPP layihəsində müxtəlif tərəflər var, əsas danışıqlar isə Ermənistan və ABŞ arasında keçirilir.

Primeinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ABŞ-dan olan tərəfdaşlar Azərbaycanı mütəmadi məlumatlandırır: “Bu çox təbiidir. Çünki Azərbaycanın iştirakı olmadan bu layihənin icrası mümkünsüzdür. Bizə verilən məlumat ondan ibarətdir ki, işlər davam etdirilir. Fiziki işlərin başlanması 2027-ci ilə keçiriləcək. Biz hesab edirik ki, bu layihə nə qədər tez həyata keçirilsə, bir o qədər yaxşıdır. Bunun tək Azərbaycana deyil, Ermənistana və regionun digər dövlətlərinə faydası var”.

Nazirin sözlərinə görə, Azərbaycan öz üzərinə düşən işləri, o cümlədən Ermənistan sərhədi istiqamətində dəmir yolu və avtomobil yolları üzrə işləri davam etdirir.

Paylaş: