
Bir neçə dəqiqə öncə “Gənclik Mall” ticarət mərkəzində texniki xəta baş verib və xəbərdarlıq sistemi işə düşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə ticarət mərkəzinin yaydığı məlumatda bildirilib.
“Hazırda ticarət mərkəzində hər şey qaydasındadır. Müvəqqəti narahatlığa görə üzr istəyirik”, – deyə məlumatda qeyd edilib.
***
15:55
Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində həyəcan siqnalı verilib.
Primeinfo.az “Unikal”a istinadən xəbər verir ki, hazırda vətəndaşların təxliyəsi həyata keçirilir.
Həyəcan siqnalının hansı səbəbdən verilməsi hələlik məlum deyil.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.