Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda TƏHLÜKƏLİ anlar: Oyuncaq maşınla yola çıxdı - FOTO - VİDEO

08.09.2026 12:57

Bakıda TƏHLÜKƏLİ anlar: Oyuncaq maşınla yola çıxdı - FOTO - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolda oyuncaq nəqliyyat vasitəsi ilə hərəkət edərək həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Primeinfo.az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (BŞDYPİ) istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Mirzəli soyadlı həmin şəxs saxlanılıb.

Bakıda TƏHLÜKƏLİ anlar: Oyuncaq maşınla yola çıxdı - FOTO - VİDEO

Onun barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Məlumatda vurğulanıb ki, hərəkətin intensiv olduğu avtomobil yollarında bu cür təhlükəli davranışlar ağır nəticələrə səbəb ola bilər: “Hər bir hərəkət iştirakçısı həm özünün, həm də digər şəxslərin həyat və sağlamlığının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır”.

 

 

Paylaş: