Xəbər axtarın

Son axtarış nəticələri:

Sibiri çinlilər dolduracaq - Təhlükəsizlik ekspertindən ŞOK AÇIQLAMA - VİDEO

08.09.2026 16:25

Sibiri çinlilər dolduracaq - Təhlükəsizlik ekspertindən ŞOK AÇIQLAMA - VİDEO

“Rusiya işğal olunmuş ərazilərə Sibirdən insanları köçürdür. Əgər Sibir boşalırsa, o yeri çinlilər dolduracaq. Hətta həmin ərazilərdə artıq Çin dilində məktəblər və s. açılıb.”

Primeinfo.az xəbər verir ki, bu sözləri təhlükəsizlik eksperti İlham İsmayıl Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Ekspert onu da əlavə edib ki, Trampın planını nə Rusiya, nə də Ukrayna qəbul etməyəcək.

Qeyd edək ki, Ukrayna və xarici mediada ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün nəzərdə tutulan yeni sülh planının detalları yayılıb. Məlumatlara əsasən, plan Ukraynanın ərazi, hərbi və siyasi gələcəyinə ciddi təsir göstərə biləcək şərtləri ehtiva edir.

Davamı “Qırmızı masa”da:

Paylaş: