Xəbər axtarın

Son axtarış nəticələri:

"Oğlunu gizlədənlər şəhid anasına dil uzadır" – Rey Kərimoğlu HİDDƏTLƏNDİ - VİDEO

08.09.2026 14:57

"Oğlunu gizlədənlər şəhid anasına dil uzadır" – Rey Kərimoğlu HİDDƏTLƏNDİ - VİDEO

“İstər Birinci Qarabağ savaşında, istərsə də ondan sonrakı dövrdə oğlunu gizlədənlər, yaşı müharibəyə düşüb döyüşməyənlər – fərarilər şəhidimizin, qazimizin əleyhinə yazırlar. Müharibədə qaçıb gizlənənlər indi özlərini əxlaq polisi kimi aparırlar. Bu məndə böyük qəzəb doğurur”.

Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” platformasında Birinci Qarabağ savaşının qazisi, tanınmış jurnalist Rey Kərimoğlu deyib.

O, son həftələrdə qazi və şəhid ailələri ilə bağlı yaranan xoşagəlməz müzakirələri, eləcə də jurnalist Samir Feyruzovun şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə ilə bağlı paylaşımını şərh edib:

“Mən bütün qazilərin, Vətən uğrunda döyüşən, qanı tökülən qardaşlarımızın adından xahiş edirəm ki, şəhid analarını, övladlarını bu şəkildə qınamağı dayandırın”.

Davamı “Qırmızı masa”da:

 

 

Paylaş: