Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə 6 İşçi Qrupunun iclası keçirilib.
Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında ikitərəfli görüş keçirilib.
“Bu ilin sonunadək külək enerjisi istehsalının təxminən 6 dəfə, Günəş enerjisi istehsalının isə 26 faizdən çox artacağını gözləyirik. Gələn ilin sonunadək təxminən 2 giqavat həcmində Günəş və külək enerjisi gücünün elektrik şəbəkəsinə inteqrasiyası nəzərdə tutulur ki, bu da ildə 2,4 milyon ton emissiyanın azalmasına imkan verəcək”.
Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Əməkdaşlıq Xartiyası (CoC) üzrə Texniki Komitənin ilk iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə OPEC+ çərçivəsində həyata keçirilən əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib, Əməkdaşlıq Xartiyasının bu uğurlu tərəfdaşlığın daha da genişləndirilməsi üçün mühüm platforma olduğu vurğulanıb. Baş katib Azərbaycanın OPEC+ çərçivəsində etibarlı və konstruktiv tərəfdaş kimi rolunu yüksək qiymətləndirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu əməkdaşlığa göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə edib.
Azərbaycan və Türkiyə arasında enerji layihələri müzakirə olunub. Primeinfo.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, nazir İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşüb.