Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaradılması nəzərdə tutulan elektrik interkonneksiyası Azərbaycanın elektrik enerjisinin Avropa istiqamətinə ötürülməsinə imkan verəcək. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib. Nazir layihəni “TANAP-ın elektrik versiyası” adlandırıb.
Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq təkcə iki ölkə üçün deyil, daha geniş region və Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında ikitərəfli görüş keçirilib.
Bu gün Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işiinə başlayıb. Primeinfo.az xəbər verir ki, forumda karbohidrogen və neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpa olunan enerji, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və Forumun protokolunun imzalanması nəzərdə tutulur. Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb.