Xəbər axtarın

Son axtarış nəticələri:

Müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır - AYNA

10.09.2026 20:59

Müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır - AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 567 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Mingəçevir, BakıQusar, Bakı-Quba, Bakı-Xudat, Sumqayıt-Kürdəmir, Mingəçevir-Gəncə, Gəncə-Yevlax, Yevlax-Gəncə, Lənkəran-Sumqayıt, Balakən-Gəncə, ZaqatalaGəncə, Salyan-Lənkəran, Ağdaş-Gəncə, Zərdab-Gəncə şəhərlərarası, Burunqovaq (Samux) Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) Gəncə (Dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) Gəncə (avtovağzal), Düzqışlaq (Şəmkirstansiyası) Gəncə (avtovağzal), Alıuşağı (Samux) Gəncə (Dəmiryol vağzalı), İkinci Nügədi (Quba) Heydər Əliyev prospekti (mərkəzi bazar), Kuzun kəndi Qusar (avtovağzal), Düztahir kəndi Qusar (avtovağzal) və Əniğoba kəndi Qusar (avtovağzal) istiqamətlərində avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Primeinfo.az xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 9 oktyabr 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Mingəçevir, Bakı-QusarBakı-Quba istiqamətlərində 6 lot üzrə oktyabrın 16-da;

Bakı-Xudat, Sumqayıt-Kürdəmir, Mingəçevir-Gəncə, Gəncə-Yevlax Yevlax-Gəncə istiqamətlərində 6 lot üzrə oktyabrın 20-də;

Yevlax-Gəncə, Lənkəran-Sumqayıt, Balakən-Gəncə, Zaqatala-Gəncə, Salyan-Lənkəran, Ağdaş-Gəncə Zərdab-Gəncə istiqamətlərində 7 lot üzrə oktyabrın 23-də;

Paytaxtın 567 nömrəli (Qobu qəsəbəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərətrafı marşrutu,  Burunqovaq (Samux) Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) Gəncə (Dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) Gəncə (avtovağzal), Düzqışlaq (Şəmkir” stansiyası) Gəncə (avtovağzal) istiqamətləri üzrə 5 lotda oktyabrın 27-də;

Alıuşağı (Samux) Gəncə (Dəmiryol vağzalı), İkinci Nügədi (Quba) Heydər Əliyev prospekti (mərkəzi bazar), Kuzun kəndi Qusar (avtovağzal), Düztahir kəndi Qusar (avtovağzal) və Əniğoba kəndi Qusar (avtovağzal) istiqamətləri üzrə isə 5lotda oktyabrın 30-da baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Onu da bildirək ki, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Paylaş: