
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (24 avqust-30 avqust) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 161 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 689 Partlamamış Hərbi Sursat aşkarlanıb.
Bildirilib ki, 2048,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.