Xəbər axtarın

Son axtarış nəticələri:

İmamoğluya 2 il 1 ay həbs və siyasi QADAĞA

11.09.2026 19:00

İmamoğluya 2 il 1 ay həbs və siyasi QADAĞA

Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu daha 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə İmamoğlu barəsində siyasi fəaliyyətlə məşğul olmağı qadağan edən qərar da çıxarıb.

İstanbulun Silivri rayonunda keçirilən məhkəmə iclasında İmamoğlu keçmiş Tuzla bələdiyyə sədri Şadi Yazıçını təhqir etməkdə təqsirli bilinib. Siyasi qadağa qərarı hökm apellyasiya instansiyasında qüvvədə saxlanılacağı halda rəsmiləşəcək.

İmamoğlu daha əvvəl bu iş üzrə iki dəfə bəraət alıb. Lakin apellyasiya instansiyası qərarları prosessual səbəblərlə ləğv edərək işi yenidən baxılması üçün məhkəməyə qaytarıb.

Müdafiə tərəfi siyasətçinin sözlərinin kontekstdən çıxarıldığını bildirərək onun tam bəraət almasını tələb edib. İmamoğlu məhkəmə prosesini “qalmaqal və hüquqi özbaşınalıq” adlandırıb.

Hökmün elanından sonra o, bunları deyib:

“Təyin olunmuş hakimlər mənim taleyimlə bağlı qərar verə bilməzlər. Bu qərarın hüquqi qüvvəsi yoxdur. Ruh yüksəkliyinizi qoruyun”.

Qeyd edək ki, İmamoğlu 2019-cu ildə İstanbul bələdiyyə seçkilərinin nəticələrini ləğv edənləri “axmaq” adlandırması ilə bağlı digər iş üzrə də 2 il 7 ay 15 gün həbs cəzasına məhkum edilmiş və barəsində siyasi qadağa qərarı çıxarılmışdı.

Paylaş: