Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Dövlət İmtahan Mərkəzi (DİM)

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri AÇIQLANIB

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri AÇIQLANIB

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər.

418 taksi sürücüsü imtahandan kəsildi

418 taksi sürücüsü imtahandan kəsildi

Taksi minik avtomobili sürücüləri, həmçinin ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün imtahan keçirilib. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək üçün ümumilikdə 1840 namizəd qeydiyyatdan keçib.

Rezidentura imtahanında 1000-ə yaxın şəxs iştirak edəcək

Rezidentura imtahanında 1000-ə yaxın şəxs iştirak edəcək

Dövlət İmtahan Mərkəzi 9 avqust 2026-cı il tarixində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50.

Məleykə Abbaszadədən abituriyentlərə ÇAĞIRIŞ

Məleykə Abbaszadədən abituriyentlərə ÇAĞIRIŞ

“Bu gün informasiyaya çıxış heç vaxt olmadığı qədər asandır. Amma düzgün məlumatı tapmaq və etibarlı mənbəni seçmək artıq ayrıca bir bacarıqdır”. Primeinfo.az xəbər verir ki, bu sözləri DİM sədri Məleykə Abbaszadə rəsmi feysbuk hesabındakı paylaşımda qeyd edib.

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat elektronlaşdırılır

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat elektronlaşdırılır

Magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər. Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.   Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.

Sabah jurnalistika ixtisası üzrə QABİLİYYƏT İMTAHANI keçiriləcək

Sabah jurnalistika ixtisası üzrə QABİLİYYƏT İMTAHANI keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

Kolleclərə ixtisas seçimi BAŞLADI

Kolleclərə ixtisas seçimi BAŞLADI

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 3-dən 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq. Primeinfo.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək - DİM

1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək - DİM

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il avqustun 2-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək üçün 1125 namizəd qeydiyyatdan keçib.

Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANIB

Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANIB

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib. DİM-dən Primeinfo.az-a verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.