Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edib. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri iyunun 17-də elan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub.
Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarını tələb olunan qaydalarla bağlı diqqətli olmağa çağırıb. Mərkəzdən Primeinfo.az-a verilən məlumata görə, DİM tərəfindən keçirilən imtahanlarda iştirakçıların bərabər şərtlər altında imtahan verməsi, davranış qaydalarına riayət edilməsinə nəzarət imtahan verənlərin bilik və bacarıqları qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir. Lakin bəzi hallarda abituriyentlər qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməyə cəhd edirlər.
Dövlət İmtahan Mərkəzi tərəfindən 21 iyun 2026-cı il tarixində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanların (təkrar) nəticələri elan edilib. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://eservices.dim.gov.az/2026/nettex/ öyrənə bilərlər.
İyunun 22-dən etibarən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Qeyd olunub ki, bu gün Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə Təsviri sənət istiqamətinin 15 (dekorativ tətbiqi sənət ) , Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə Xoreoqrafiya sənəti istiqamətinin 53 və Tofiq Bəhramov adına Respublika stadionunda İdman istiqamətinin 62-ci komissiyaları üzrə (ümumi fiziki hazırlıq, kütləvi sağlamlaşdırıcı idman, adaptiv bədən tərbiyəsi) qabiliyyət imtahanları keçirilir.
Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib. Primeinfo.az xəbər verir ki, imtahanın keçirilməsi üçün 6 bina, 6 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb. İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub və imtahandan xaric edilib.
Dövlət İmtahan Mərkəzi (DİM) 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq.
2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı başlanır. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti və musiqi sənəti istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat prosesi iyunun 18-dən 29-dək davam edəcək.
II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələri gələn həftə elan olunacaq. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Qeyd edək ki, mayın 24-ü II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər üçün 17 aprel tarixindən elan olunmuş müsabiqə üzrə ərizə qəbulu yekunlaşıb. Bununla əlaqədar, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, müsabiqədə iştirak edən namizədlərlə test imtahanı 12 iyul 2026-cı il tarixində keçiriləcək. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyindən bildirilib.
İyunun 7-də keçirilmiş I və IV ixtisas qrupları, eləcə də III ixtisas qrupu – coğrafiya fənni üzrə qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (I ixtisas qrupu, IV ixtisas qrupu, III ixtisas qrupu – coğrafiya), eləcə də qapalı və kodlaşdırılabilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər.