Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: neft

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai regionda neftlə çirklənmənin dəniz ekosisteminə vurduğu zərərin trilyonlarla dollarla ölçüləcəyini bildirib. Primeinfo.az  xəbər verir ki, İ.Bəqai bu barədə “X” sosial şəbəkəsində yazıb. İran XİN nümayəndəsi paylaşımına Kiş adası sahillərində çirklənməni əks etdirən videomaterial əlavə edib və hadisəyə xarici gəminin səbəb olduğunu bildirib.

“Brent” markalı neft bahalaşıb

“Brent” markalı neft bahalaşıb

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin sentyabr müqaviləsinin dəyəri 1,67% artaraq 1 barelə görə 88.52 ABŞ dolları təşkil edib. Primeinfo.az xəbər verir ki , Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin avqust ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 1,42% artaraq 82.4 ABŞ dollarına bərabər olub.

BEA Azərbaycanda neft hasilatı üzrə göstəriciləri açıqlayıb

BEA Azərbaycanda neft hasilatı üzrə göstəriciləri açıqlayıb

Bu ilin iyul ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 440 min barel səviyyəsində olub. Primeinfo.az-ın Beynəlxalq Enerji Agentliyinin (BEA, IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, iyulda Azərbaycanda ortalama gündəlik neft hasilatı iyun ayının göstəricisinə bərabərdir. Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır.

Azərbaycanda bu il hasil olunan qaz kondensatının HƏCMİ

Azərbaycanda bu il hasil olunan qaz kondensatının HƏCMİ

Bu ilin birinci yarısında Azərbaycanda 2 259,94 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 9,1% azdır. Dövlət Statistika Komitəsindən Primeinfo.az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 2 253,07 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 9,2% azalma deməkdir. Xatırladaq ki, ötən il Azərbaycanda 4 911,88 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 7,1% azdır.

Bu ilin 6 ayında 13,3 milyon ton neft hasil edilib

Bu ilin 6 ayında 13,3 milyon ton neft hasil edilib

2026-cı ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, respublikada 13,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 7,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,7 milyon tonu “Şahdəniz”in, 0,3 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,4 milyon ton təşkil edib.

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb. Primeinfo.az  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,12 dollar və ya 1,56 faiz artaraq 72,93 dollar olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycan neftinin qiyməti 74 dollara enib

Azərbaycan neftinin qiyməti 74 dollara enib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,01 ABŞ dolları və ya 3,89 % azalaraq 74,36 ABŞ dolları təşkil edib. Bu barədə Primeinfo.az-a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 70,56 ABŞ dolları təşkil edib.

Azərbaycan nefti 80 dollara düşdü

Azərbaycan nefti 80 dollara düşdü

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,52 ABŞ dollar azalıb. Primeinfo.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,52 ABŞ dolları və ya 3,04 % azalaraq 80,43 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

ABŞ İranın neft məhsullarının satışına 60 günlük İCAZƏ VERİB 

ABŞ İranın neft məhsullarının satışına 60 günlük İCAZƏ VERİB 

ABŞ İran neftinin istehsalı, çatdırılması və satışı üçün 60 günlük lisenziya verib. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsveçrədə baş tutan məhsuldar danışıqlar kontekstində İran Hörmüz boğazında hərəkət azadlığını təmin etməyi öhdəsinə götürüb və AEBA müfəttişlərinin nüvə təsisatlarında yoxlama aparması ilə razılaşıb.