Bakıda bu marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.
2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.
Bakının Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində 11 marşrut üzrə avtobusların bəzi dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq. Bu barədə Primeinfo.az-a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. AYNA-dan bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar həmin yol sahəsində yerləşən dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsində çətinliyin yaranacağı nəzərə alınaraq avqustun 10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar bu dayanacaqlarda saxlamayacaq.
Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası” təsdiq edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Primeinfo.az-a bildirilib ki, qayda Bakı, Sumqayıt, Naxçıvan və Xankəndi şəhərlərində, həmçinin Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarında sıxılmış təbii qaz (CNG) və elektrik mühərrikli avtobuslarla, Gəncə şəhərində isə 1 yanvar 2025-ci il tarixindən sonra istehsal olunmuş dizel mühərrikli avtobuslarla həyata keçirilən müntəzəm sərnişin daşınmalarında subsidiyanın ödənilməsinə şərait yaradacaq. Qeyd edək ki, qaydanın gediş haqqı tariflərinin tənzimlənməsi (o cümlədən artırılması) ilə bağlı əlaqəsi yoxdur.
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə əlaqələndirən 51 nömrəli və Zabrat qəsəbəsi ilə əlaqələndirən 118A nömrəli marşrutlarda istismar olunan avtobuslar yenilənir. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, avqustun 4-dən bu marşrutlar üzrə müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan “King Long” markalı avtobuslar sərnişinlərə xidmət göstərəcək.
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Qaradağ rayonu, Ələt qəsəbəsini Səbail rayonu, 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrutu fəaliyyətə başlayır. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. “Neoplan” markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək.
Paytaxtın Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Primeinfo.az-a verilən məlumata görə, məhdudiyyət səbəbindən 10-12 iyul tarixlərində 61 və 88A nömrəli müntəzəm marşrutların hərəkəti Rəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri ilə, 10, 14 və 18 nömrəli müntəzəm marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil edilir. Məlumata görə, 11-12 iyul tarixlərində isə Sənan Abdullayev küçəsində (Baksol yolu), Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək aparılacaq təmir işləri ilə əlaqədar 71 nömrəli müntəzəm marşrut müvəqqəti olaraq metronun “Azadlıq prospekti” stansiyasından Sənan Abdullayev küçəsi, giriş 141A ünvanınadək fəaliyyət göstərəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. Bu barədə Primeinfo.az-a AYNA-dan məlumat verilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 505 və 506 nömrəli şəhərətrafı, Sumqayıt şəhəri üzrə 15 və 20 nömrəli şəhərdaxili, eləcə də Bakı–Sınıq Körpü, Bakı–Şəki, Bakı–Ağdaş, Bakı–Kürdəmir, Bakı–Göyçay, Bakı–Horadiz, Bakı–Qusar, Bakı–Xudat, Sumqayıt–Kürdəmir, Gəncə–Şamaxı, Mingəçevir–Ağcabədi, Mingəçevir–Ağsu, Mingəçevir–Gədəbəy, Yevlax–Zaqatala, Ağdaş–Gəncə, Zərdab–Gəncə, Bərdə–Göyçay, Bərdə–İsmayıllı, Tərtər–Lənkəran, Saatlı–Sumqayıt, İmişli–Sumqayıt və İsmayıllı–Göyçay şəhərlərarası, həmçinin Samux (M.Füzuli küçəsi) – Gəncə (dəmiryol vağzalı), Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı), Düzqışlaq (“Şəmkir” stansiyası) – Gəncə (avtovağzal), Alıuşağı (Samux) – Gəncə (dəmiryol vağzalı) və Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutlarını müsabiqəyə çıxarır.
2 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Lökbatan qəsəbəsində Abşeron-Qaradağ mənzilində yerləşən qorunan dəmiryol keçidində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar 23-24 iyun tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
İyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək. Primeinfo.az-a bu barədə AYNA-dan məlumat verilib. Ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq.