Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail "Hizbullah" komandirinin məhv edildiyini açıqladı

16.08.2026 13:45

İsrail "Hizbullah" komandirinin məhv edildiyini açıqladı

İsrail Müdafiə Qüvvələri (İMQ) “Hizbullah” qruplaşmasının “Bədr” xüsusi təyinatlı bölməsinin komandiri Əbu Həsən Əlanı məhv edib.

Primeinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail hücumu “Hizbullah”ın Livanın cənubundakı “təhlükəsizlik zonası”nda İMQ əsgərlərinə qarşı hərəkətlərinə cavab olaraq həyata keçirib”, – İsrail hərbçiləri iddia ediblər. Məlumata görə, Əla İsrail hərbçilərinə qarşı hücumların, o cümlədən Livanın cənubundakı əsgər mövqelərinə PUA-larla hücumların hazırlanmasında iştirak edib.

Xatırladaq ki, İsrail və Livan arasında növbəti eskalasiya martın əvvəlində baş verib. Ölkələr ABŞ-nin dəstəyi ilə iyunun 26-da İsrail qoşunlarının Livandan çıxarılmasını və “Hizbullah”ın tərk-silah edilməsini nəzərdə tutan sülh sazişi imzalayıblar. Lakin tərəflər qarşılıqlı zərbələr endirməyə davam edirlər. İMQ-nin Livanın cənubuna endirdiyi son zərbələrdən birində 11 nəfər həlak olub.

Paylaş: