Xəbər axtarın

Son axtarış nəticələri:

“Qarabağ” - “Tvente” matçına hakim təyinatı oldu

14.08.2026 18:04

“Qarabağ” - “Tvente” matçına hakim təyinatı oldu

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Tvente” (Niderland) matçının hakim təyinatları açıqlanıb.

Primeinfo.az xəbər verir ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab qarşılaşmasını Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Rohit Saqqi olacaq. Ona yan xətt hakimləri qismində Anders Olav Dale və Ole Andreas Haukasen kömək edəcəklər. Marius Hansen Qrotta isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Kristoffer Hagenes, onun köməkçisi isə avstriyalı Alan Kijas olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Tvente” oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş avqustun 20-də Niderlandda keçiriləcək.

Paylaş: