
Kolumbiyada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 300-ə yaxınlaşır.
Primeinfo.az xəbər verir ki, dağıdıcı zəlzələ nəticəsində 3 971 nəfər xəsarət alıb, 379 nəfər isə itkin düşüb.
Ən çox ölüm faktı Kali şəhərində qeydə alınıb – burada 96 nəfər təbii fəlakətin qurbanı olub.
Xatırladaq ki, avqustun 10-da Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında 7.4 maqnitudalı zəlzələ baş verib. Dağıdıcı zəlzələnin ardınca ən azı 7 afterşok qeydə alınıb.
Kolumbiyada zəlzələ qurbanlarının xatirəsinə üç günlük milli matəm elan edilib.