Xəbər axtarın

Son axtarış nəticələri:

Yunanıstanda meşə yanğınları ilə bağlı yüksək təhlükə elan olunub

16.08.2026 10:00

Yunanıstanda meşə yanğınları ilə bağlı yüksək təhlükə elan olunub

Yunanıstanda bazar günü meşə yanğınları ilə bağlı yüksək hazırlıq rejimi elan olunub.

Primeinfo.az xəbər verir ki,bu barədə “Ekathimerini” məlumat yayıb.

Hakimiyyət orqanları bir sıra regionlarda meşə yanğınları təhlükəsini 4-cü kateqoriya – çox yüksək səviyyədə qiymətləndirib.

“Qırmızı kod”un tətbiqi fövqəladə hallar üzrə xilasetmə personalı və texnikasının tam səfərbər edilməsini nəzərdə tutur.

Həmçinin yerli və regional hakimiyyət orqanlarına fövqəladə hallar zamanı fəaliyyətin əlaqələndirilməsi üçün müvafiq qurumları aktivləşdirmək və mümkün meşə yanğınlarına hazır olmaq tapşırılıb.

Paylaş: