Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ donanmasının İtaliyadakı bazasında naməlum DRON

14.08.2026 20:16

ABŞ donanmasının İtaliyadakı bazasında naməlum DRON

ABŞ Hərbi Dəniz Qüvvələrinin İtaliyadakı bazasında naməlum dron aşkar edilib.

Primeinfo.az “Stars and Stripes” qəzetinə istinadən xəbər verir ki, hadisədən dərhal sonra ehtiyat tədbirləri görülüb.

Məlumata görə, İtaliya hüquq-mühafizə orqanları araşdırma apararaq dronun içərisində partlayıcı maddələrin olmadığını və onun partlama təhlükəsi yaratmadığını müəyyən edib.

Bundan sonra hərbi bazanın fəaliyyətini əvvəlki vəziyyətinə qaytarılıb.

Hüquq-mühafizə orqanları dronu müsadirə edib.

Dronun haradan gəldiyi və bazanın ərazisinə necə düşdüyü ilə bağlı araşdırma aparılır.

Paylaş: