Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya Ermənistana növbəti tədarükü Azərbaycan üzərindən həyata keçirdi

15.08.2026 11:05

Rusiya Ermənistana növbəti tədarükü Azərbaycan üzərindən həyata keçirdi

Avqustun 15-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Primeinfo.az  xəbər verir ki, 8 vaqondan ibarət, çəkisi 560 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Paylaş: