Xəbər axtarın

Son axtarış nəticələri:

Hakan Fidan: "Türkiyə Misirin Məkkə sazişinə qoşulacağına ümid edir"

14.08.2026 10:47

Hakan Fidan: "Türkiyə Misirin Məkkə sazişinə qoşulacağına ümid edir"
“Türkiyə Misirin avqustun 7-də Ankara, Ər-Riyad və İslamabad arasında imzalanmış Məkkə sazişinə qoşulacağına ümid edir”.

Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin Əl-Alameyn şəhərində misirli həmkarı Bədr Əbdül Ati ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ankara bu məsələni Misirlə sazişin imzalandığı ilk gündən müzakirə edir: “Misir hazırda məsələni ətraflı şəkildə araşdırır və Türkiyə onun yaxın vaxtlarda sazişin rəsmi tərəfdaşı olacağına ümid edir”.

Hakan Fidanın sözlərinə görə, Məkkə paktı hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib.

Paylaş: