Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Böyük Britaniya

Böyük Britaniyanın Baş naziri Kiyevə gedib

Böyük Britaniyanın Baş naziri Kiyevə gedib

Böyük Britaniyanın Baş naziri Endi Börnhem Kiyevə səfər edib. Primeinfo.az “Sky News“a istinadən xəbər verir ki, Britaniya liderini dəmir yol vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb. Börnhemin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi və Ukraynanın müstəqilliyinin 35-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Ukrayna ilk dəfə Rusiyaya zərbələrdə Britaniya dronlarından istifadə edib

Ukrayna ilk dəfə Rusiyaya zərbələrdə Britaniya dronlarından istifadə edib

Britaniya istehsalı olan pilotsuz uçuş aparatları (PUA) ilk dəfə Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün istifadə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “The Sunday Times” həftəlik qəzeti Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, PUA-lar son altı ay ərzində Volqoqrad və Yaroslavldakı hədəflərə zərbələr endirmək üçün istifadə olunub.

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Fransa sahillərindən La-Manş boğazını keçərək Böyük Britaniyaya çatmağa çalışan 140-a yaxın miqrant xilas edilib. Primeinfo.az “The Independent”ə istinadla xəbər verir ki, Fransa dəniz xidmətlərinin həyata keçirdiyi xilasetmə əməliyyatı avqustun 14-də səhər saatlarında başlayıb. Sen-Oben-sür-Mer müşahidə məntəqəsi Normandiya sahillərində Böyük Britaniya istiqamətində hərəkət edən miqrant qayığını aşkar edib.

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə qarşı siyasətini və ölkədə miqrasiyanın miqyasını kəskin tənqid edərək, Britaniyanı “İslam Respublikası Britaniya” adlandırıb. Primeinfo.az xəbər verir ki, Netanyahu İsrail podkastına müsahibəsində müasir Britaniyada İsrail tarixinin obyektiv və ya müsbət işıqlandırılmasına rast gəlməyin mümkün olmadığını bildirib. O, keçmişdə vəziyyətin fərqli olduğunu qeyd edərək, Uinston Çörçillin nəvəsinin 1967-ci ildə baş vermiş Altıgünlük müharibəni necə işıqlandırdığını xatırladıb.

Britaniyanın yeni Baş naziri ilk xarici zənglərini kimlərə edəcəyini AÇIQLAYIB

Britaniyanın yeni Baş naziri ilk xarici zənglərini kimlərə edəcəyini AÇIQLAYIB

Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem zəng edəcəyi ilk xarici liderlər arasında ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin olacağını bildirib. Primeinfo.az xəbər verir ki, yeni Baş nazir bunu Dauninq Stritdə çıxışından sonra yayımlanan televiziya müsahibəsində deyib. Börnhem vurğulayıb ki, Zelenskiyə Böyük Britaniyanın Ukraynaya dəstəyinin dəyişməyəcəyini açıq şəkildə bildirəcək.