Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Böyük Britaniya

Böyük Britaniya İrandakı səfirliyini müvəqqəti bağlayıb

Böyük Britaniya İrandakı səfirliyini müvəqqəti bağlayıb

Böyük Britaniya ABŞ-ın mümkün zərbəsi ilə bağlı narahatlıqlar fonunda İrandakı səfirliyini təxliyə edib. Primeinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsindən sonra çərşənbə günü Britaniyanın Tehrandakı səfiri və bütün konsulluq əməkdaşları səfirlik binasını tərk ediblər.

Britaniya hökuməti etirazlardan sonra fermerlər üçün vergi qaydalarını yumşaldıb

Britaniya hökuməti etirazlardan sonra fermerlər üçün vergi qaydalarını yumşaldıb

  Böyük Britaniya hökuməti aylarla davam edən etirazlardan sonra fermerlər üçün vergi artımı ilə bağlı qaydalara düzəliş edib. Primeinfo.az xəbər verir ki, bu barədə krallığın Ətraf Mühitin, Qida və Kənd Təsərrüfatının İnkişafı Nazirliyi məlumat yayıb. Yeni qərara əsasən, 20 faiz miras vergisi yalnız dəyəri 2,5 milyon funt sterlinqdən yuxarı olan fermaların sahiblərinə şamil ediləcək.

Azərbaycanla Britaniya arasında ticarət dövriyyəsi artıb

Azərbaycanla Britaniya arasında ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 1,040 milyard ABŞ dolları təşkil edib. Primeinfo.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 399,5 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur.

Britaniya Rusiyanın 19 şirkətinə sanksiyalar tətbiq edib

Britaniya Rusiyanın 19 şirkətinə sanksiyalar tətbiq edib

Böyük Britaniya “Tatneft”, “Russneft”, “NNK-Oil” və “Rusneftegaz” da daxil olmaqla Rusiyanın 19 şirkətinə və 5 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Primeinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyi məlumat yayıb. Bundan əlavə, sanksiya siyahısına ticarət şirkətləri olan “Redwood Global Supply” və “Tejarinaft” də daxil edilib.

Britaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Britaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Böyük Britaniya “Ramştayn” formatındakı görüş çərçivəsində Ukraynaya hava hücumundan müdafiə sahəsində 685 milyon avro məbləğində böyük hərbi yardım paketi ayırdığını elan edib. Primeinfo.az “Sky News”a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Gili bildirib. “Kiyev hava hücumundan müdafiə sistemləri, raketlər və pilotsuz uçuş aparatlarını vurmaq üçün avtomatlaşdırılmış turellər əldə edəcək.

Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Naxçıvanda - FOTO

Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Naxçıvanda - FOTO

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü lord Con Alderdays Naxçıvan Muxtar Respublikasında səfərdədir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi “X”də paylaşım edib. Con Alderdays Ordubadda yerləşən, 17-ci əsrə aid tarixi abidə olan və hazırda tarix və etnoqrafiya muzeyi kimi istifadə edilən Qeysəriyyə binasını və Cümə məscidinə baş çəkib.

Azərbaycan və Böyük Britaniya iqtisadi əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan və Böyük Britaniya iqtisadi əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib. Primeinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Böyük Britaniyanın Baş nazirinin Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi cənab Lord Con Alderdaysı ölkəmizdə qarşılamaqdan məmnun olduq.

Britaniya səfiri: “Azərbaycan parlamenti ilə əlaqələrimizlə fəxr edirik”

Britaniya səfiri: “Azərbaycan parlamenti ilə əlaqələrimizlə fəxr edirik”

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 10-da ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysla görüşüb. Primeinfo.az-ın xəbərinə görə, görüşdə qeyd olunub ki, bu gün iki ölkə arasındakı ikitərəfli əməkdaşlıq iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunan enerji, təhsil, müdafiə sənayesi və digər sahələri əhatə edir. İki ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanaraq, bu baxımdan Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərlərinin, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin ötən il COP29-da iştirak üçün ölkəmizə səfərinin ikitərəfli əməkdaşlıq gündəliyi baxımından önəmi diqqətə çatdırılıb.