Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Böyük Britaniya

Britaniyanın müdafiə naziri Bakıda yüksək səviyyəli görüşlərdə iştirak edib - FOTO

Britaniyanın müdafiə naziri Bakıda yüksək səviyyəli görüşlərdə iştirak edib - FOTO

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir. Səfirlik nazirin səfərinin ölkələr arasında müdafiə tərəfdaşlığını gücləndirmək məqsədilə baş tutduğunu açıqlayıb.

Azərbaycan və Böyük Britaniya hərbi əməkdaşlığı müzakirə edib - FOTO - VİDEO

Azərbaycan və Böyük Britaniya hərbi əməkdaşlığı müzakirə edib - FOTO - VİDEO

Dekabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, Birləşmiş Krallığın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad edib. Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında hərbi sahədə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafında müsbət rol oynadığını bildirib.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək daha 12 mövqe əlavə edib. Primeinfo.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin bəyanatında bildirilir. Siyahıya 11 fiziki şəxs və bir təşkilat daxil edilib.

III Çarlzın saçı satışa çıxarıldı

III Çarlzın saçı satışa çıxarıldı

Böyük Britaniya kralı III Çarlzın saçı 7995 funt-sterlinqə satışa çıxarılıb. Primeinfo.az xəbər verir ki, bu haqda “Need To Know” məlumat yayıb. Kolleksiyaçılara Britaniya monarxının 1960-cı illərin əvvəllərində kral bərbəri George Crisp tərəfindən kəsildikdən sonra qorunub saxlanılan saçlarını almaq təklif edilib.

Avropa liderləri Zelenski ilə danışdı

Avropa liderləri Zelenski ilə danışdı

Almaniya, Fransa və Böyük Britaniya liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb. Bildirilib ki, Avropa liderləri Zelenski ilə söhbət zamanı Ukraynanın öz suverenliyini qoruyub saxlamalı olduğunu vurğulayıblar.

Britaniya Rusiyaya qarşı ümumi sanksiyalar siyahısını genişləndirdi

Britaniya Rusiyaya qarşı ümumi sanksiyalar siyahısını genişləndirdi

Böyük Britaniya üç Rusiya şirkəti və dörd fiziki şəxsi sanksiyalar siyahısına əlavə edib. Primeinfo.az xəbər verir ki, bu haqda Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb. Sənədə əsasən, bəndlərdən altısı kiberlə bağlı fəaliyyətlər üçün məhdudlaşdırıcı tədbirlər siyahısında, biri isə Rusiyaya qarşı ümumi sanksiyalar siyahısındadır.

III Çarlz Böyük Britaniyanın ən yaşlı beşinci monarxı olub

III Çarlz Böyük Britaniyanın ən yaşlı beşinci monarxı olub

Böyük Britaniya kralı III Çarlz ölkə tarixinin ən yaşlı beşinci monarx olub. Primeinfo.az-ın xəbərinə görə, bu barədə monarxın 77 yaşının tamam olması münasibətilə BBC-nin yayımladığı materialda bildirilib. Qeyd olunub ki, III Çarlz 1760-cı ildə 77 yaşına bir neçə gün qalmış ölən II Corcu bu yaxınlarda qabaqlayıb.