Böyük Britaniya kralı III Çarlz ölkə tarixinin ən yaşlı beşinci monarx olub. Primeinfo.az-ın xəbərinə görə, bu barədə monarxın 77 yaşının tamam olması münasibətilə BBC-nin yayımladığı materialda bildirilib. Qeyd olunub ki, III Çarlz 1760-cı ildə 77 yaşına bir neçə gün qalmış ölən II Corcu bu yaxınlarda qabaqlayıb.
Böyük Britaniya COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün dünya birliyini birləşdirməkdə töhfəsinə görə Azərbaycana təşəkkür edib. Primeinfo.az xəbər verir ki, bu barədə Britaniyanın Bakıdakı səfirliyinin X-dəki paylaşımında qeyd olunub. “Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verərkən, Birləşmiş Krallıq ötən il dünya birliyini iqlim tədbirlərini irəli aparmaq üçün birləşdirdiyinə görə COP29-un Bakıdakı Azərbaycan sədrliyinə təşəkkür edir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdayslə görüşüb.