Britaniya buna görə Azərbaycana təşəkkür etdi
Böyük Britaniya COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün dünya birliyini birləşdirməkdə töhfəsinə görə Azərbaycana təşəkkür edib. Primeinfo.az xəbər verir ki, bu barədə Britaniyanın Bakıdakı səfirliyinin X-dəki paylaşımında qeyd olunub. “Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verərkən, Birləşmiş Krallıq ötən il dünya birliyini iqlim tədbirlərini irəli aparmaq üçün birləşdirdiyinə görə COP29-un Bakıdakı Azərbaycan sədrliyinə təşəkkür edir.