Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-də Kral III Çarlzın səfərindən əvvəl qalmaqal yaşandı

25.04.2026 17:45

ABŞ-də Kral III Çarlzın səfərindən əvvəl qalmaqal yaşandı

ABŞ-də Böyük Britaniya Kralı III Çarlzın səfəri ərəfəsində Britaniya və Avstraliya bayraqları dəyişik salınıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Vaşinqtonun nəqliyyat departamentinin rəsmisinə istinadən məlumat yayıb.

“III Çarlzın ABŞ-yə səfəri ərəfəsində Ağ Evin yaxınlığında Britaniya bayraqları əvəzinə Avstraliya bayraqları asılıb”, – deyə agentlikdə bildirilib.

Məlumata görə, meydanda 15 Avstraliya bayrağı asılıb. Bir müddət sonra səhv aşkar edilib və bayraqlar dəyişdirilib. Ümumilikdə Britaniya kralının səfəri münasibətilə şəhərdə 230-dan çox bayraq yerləşdirilib.

Britaniya kralı və Kraliça Kamillanın ABŞ-yə dövlət səfəri 27-30 aprel tarixlərinə planlaşdırılıb.

Paylaş: