
Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin investisiyalar üzrə dövlət naziri Lord Ceyson Stokvud ilk dəfə Azərbaycana gəlib.
Primeinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman “X” hesabında paylaşım edib.
“İnvestisiyalar üzrə dövlət naziri Lord Ceyson Stokvudu Azərbaycana ilk səfərində salamlamaqdan məmnunam. Ticarət və investisiya sahələrində əməkdaşlıq imkanları ilə bağlı mühüm görüşlərdən ibarət gərgin səfər proqrama baxmayaraq, biz gözəl Bakı şəhərinin tarixi və memarlıq abidələri ilə tanış olmaq, paytaxtın özünəməxsus ab-havasını yaxından hiss etməyə də vaxt tapdıq”, – deyə səfir bildirib.
Delighted to welcome 🇬🇧 Minister for Investment @jstockwood on his first visit to Azerbaijan.
Alongside a busy programme of important meetings focused on trade and investment, we took a moment to enjoy the history, architecture and unique character of beautiful Baku 🇦🇿 pic.twitter.com/HBCy3dsLXO
— Duncan Norman (@DNormanFCDO) June 16, 2026