Xəbər axtarın

Son axtarış nəticələri:

Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb

13.07.2026 16:37

Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb

Böyük Britaniya İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.

Primeinfo.az “Sky News“ə istinadən xəbər verir ki, Britaniya hökumətinin qərarına əsasən, SEPAH-a üzv olmaq, onun tədbirlərində iştirak etmək və ya rəmzlərini ictimai yerlərdə nümayiş etdirmək cinayət əməli hesab ediləcək.

Qeyd edək ki, SEPAH daha əvvəl də Böyük Britaniyanın sanksiyalarına məruz qalıb. SEPAH 1979-cu il İran İslam İnqilabından sonra yaradılıb və həmin vaxtdan etibarən İran İslam Respublikasının Ali Rəhbərinə tabe olan elit hərbi qurum kimi fəaliyyət göstərir.

Paylaş: