Xəbər axtarın

Son axtarış nəticələri:

Böyük Britaniyada "TikTok"a qarşı RƏSMİ İSTİNTAQ

16.07.2026 15:10

Böyük Britaniyada "TikTok"a qarşı RƏSMİ İSTİNTAQ

Böyük Britaniyanın media tənzimləyici orqanı olan “Ofcom” Çində əsası qoyulmuş “TikTok” platformasının azyaşlıların təhlükəsizliyi qaydalarına əməl etməsini yoxlamaq məqsədilə təhqiqata start verib.

Primeinfo.az bu barədə “Ofcom”un açıqlamasına istinadən xəbər verir.

Qurumun rəsmi bəyanatında bildirilir ki, proses zamanı sosial platformanın izləyicilərin yaşını nə dərəcədə effektiv yoxladığı və uşaqların onlara zərər verən kontentə çıxışının qarşısını almaq üçün kifayət qədər müdafiə mexanizmlərinə malik olub-olmadığı təhlil ediləcək.

“Bu araşdırmanın məqsədi “TikTok” tərəfindən qanuni tələblərin və öhdəliklərin pozulması ilə bağlı yetərli sübutların olub-olmamasını aydınlaşdırmaqdır”, – deyə açıqlamada qeyd olunub.

Əgər qanun pozuntuları sübuta yetirilərsə, nəzarətedici orqan şirkətə 18 milyon funt sterlinq (24.4 milyon dollar) və ya onun müvafiq gəlirlərinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edə bilər.

Paylaş: