Xəbər axtarın

Son axtarış nəticələri:

Böyük Britaniyanın müdafiə naziri istefa verib

11.06.2026 16:37

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Böyük Britaniyanın müdafiə naziri Con Hili müdafiə layihələrinə vəd edilmiş investisiyaların olmaması səbəbindən istefa verib.

Primeinfo.az xəbər verir ki, Con Hili bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmerə ünvanladığı və özünün sosial media hesabında paylaşdığı məktubunda yazıb.

“Siz artan təhdidlər dövründə ölkənin müdafiəsi üçün lazım olan resursları tapmaqda uğursuzluğa düçar oldunuz və xəzinədarlıq da bu məsələyə istəksiz yanaşdı”, – deyə məktubda bildirilir.

Böyük Britaniyanın müdafiə naziri bu addımı dərin təəssüf hissi ilə atdığını etiraf edib.

Paylaş: