
“Qarabağ” UEFA Konfrans Liqasında pley-offa yüksəlib.
Primeinfo.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub.
Ümumi hesabda rəqibini 2:1 üstələyən “Qarabağ” adını pley-offa yazdırıb.
Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib – 6:0.
***
20.38
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq.
Primeinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da 3-cü mərhələnin cavab matçına çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda Kiyev “Dinamo”sunu qəbul edəcək. “Qarabağ” səfərdə keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub.
Cütün qalibi pley-offda “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə “Tvente” rəqibini darmadağın edib – 6:0.
13 avqust
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
20:00. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna)
Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)
İlk oyun – 0:1
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu.
***
Komandaların start heyətləri bəlli olub:
“Qarabağ”: 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges
“Dinamo”: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko
***
Matç başladı.





















