Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-2026: İspaniya Fransanı məğlub edərək, ilk finalçı olub - FOTO - VİDEO

15.07.2026 10:16

DÇ-2026: İspaniya Fransanı məğlub edərək, ilk finalçı olub - FOTO - VİDEO

2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib.

Primeinfo.az az xəbər verir ki, turun ilk qarşılaşmasında İspaniya və Fransa milliləri üz-üzə gəliblər.

Matçda hesab 22-ci dəqiqədə açılıb. Mikel Oyarzabal penaltidən dəqiq zərbəylə İspaniyanı önə keçirib: 1:0.

İlk hissədə başqa qol vurulmayıb.

İkinci hissədə Fransa qapısında daha bir qol görüb. 58-ci dəqiqədə Pedro Porro hesabı 2:0 edib.

Oyun bu hesabla başa çatıb və İspaniya adını finala yazdırıb.

İspaniya finalda İngiltərə – Argentina cütünün qalibi ilə qarşılaşacaq.

Fransa isə cütün məğlubu ilə 3-cü yer uğrunda görüşə çıxacaq.

DÇ-2026

Yarımfinal

14 iyul

23:00. İspaniya – Fransa 2:0

Qol: Oyarzabal, 22 (pen), P. Porro, 58

Fransa: Menyan, Kunde, Upamekano, Saliba, Din, Tçuameni, Rabyo, Dembele, Olize, Barkola, Mbappe

İspaniya: Simon, Porro, Kubarsi, Laport, Kukurelya, Rodri, Fabian Ruis, Baena, Dani Olmo, Lamin Yamal, Oyarzabal

FİFA-nın məlumatına görə, İspaniya millisinin müdafiəçisi Pedro Porro oyunun ən yaxşısı adına layiq görülüb.

O, 2:0 hesabı ilə qalib gəldikləri matçda komandasının 2-ci qolunu vurub.

 

DÇ-2026: İspaniya Fransanı məğlub edərək, ilk finalçı olub - FOTO - VİDEO DÇ-2026: İspaniya Fransanı məğlub edərək, ilk finalçı olub - FOTO - VİDEO

 

Paylaş: