İsrail "Hizbullah" komandirinin məhv edildiyini açıqladı
İsrail Müdafiə Qüvvələri (İMQ) “Hizbullah” qruplaşmasının “Bədr” xüsusi təyinatlı bölməsinin komandiri Əbu Həsən Əlanı məhv edib. Primeinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “İsrail hücumu “Hizbullah”ın Livanın cənubundakı “təhlükəsizlik zonası”nda İMQ əsgərlərinə qarşı hərəkətlərinə cavab olaraq həyata keçirib”, – İsrail hərbçiləri iddia ediblər.