Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - FOTO - VİDEO

16.08.2026 15:15

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - FOTO - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq, avqustun 16-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. 

Primeinfo.az xəbər verir ki,hərbi orkestrlərin müşayiəti ilə Döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.

Çıxış edən tədbir iştirakçıları gənc əsgərlərin hərbi andı qəbul etmələrindən qürur duyduqlarını və hərbi xidmətdə yaradılan şəraitə görə dövlət başçısına, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.

Sonda hərbi hissələrdə vətənpərvərlik ruhunda mədəni-kütləvi tədbirlər keçirilib.

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - FOTO - VİDEO Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - FOTO - VİDEO Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - FOTO - VİDEO

Paylaş: