Xəbər axtarın

Son axtarış nəticələri:

Oğuzdan axan çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirləri görülür

15.08.2026 16:15

Oğuzdan axan çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirləri görülür

Oğuz rayonundan axan çaylarda sel və daşqınlara qarşı mübarizə çərçivəsində tədbirlər görülür.

Bu barədə Primeinfo.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 13-ü axşam yağan leysan yağışları nəticəsində rayon ərazisindən axan dağ çaylarında suyun səviyyəsi artıb və bu da yaşayış məntəqələri və əkin sahələri üçün real təhlükə yaradıb.

Hazırda idarənin 7 ədəd ağır texnikası Qalaçay sisteminə cəlb olunub. Belə ki, həmin çayın keçdiyi və ən çox təhlükə yaranan Yemişənli, Ərmənət, Dəymədərə və Xaçmaz kəndləri ərazisində sel sularından mühafizə işləri həyata keçirilir.

O da qeyd olunub ki, rayon ərazisində olan yaşayış məntəqələrinin və əkin sahələrinin sel və daşqın sularından mühafizəsi məqsədi ilə istismar tədbirləri planına uyğun olaraq çayların məcrasının tənzimlənməsi, daş-beton bəndlərinin təmiri işləri paralel aparılır.

Paylaş: