Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İsrail-Livan münaqişəsi

İsrail "Hizbullah" komandirinin məhv edildiyini açıqladı

İsrail "Hizbullah" komandirinin məhv edildiyini açıqladı

İsrail Müdafiə Qüvvələri (İMQ) “Hizbullah” qruplaşmasının “Bədr” xüsusi təyinatlı bölməsinin komandiri Əbu Həsən Əlanı məhv edib. Primeinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “İsrail hücumu “Hizbullah”ın Livanın cənubundakı “təhlükəsizlik zonası”nda İMQ əsgərlərinə qarşı hərəkətlərinə cavab olaraq həyata keçirib”, – İsrail hərbçiləri iddia ediblər.

Livan İsrailin cənuba hücumunu pislədi

Livan İsrailin cənuba hücumunu pislədi

Livanın Baş naziri Nəvaf Salam İsrail Müdafiə Ordusunun ölkənin cənubunda “Hizbullah” qruplaşmasının infrastrukturuna hücumlarının ciddi təhlükə yaratdığını və sabitliyin möhkəmləndirilməsi səylərini sarsıtdığını bəyan edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb. O əlavə edib ki, əgər Livan ərazisində hərbi obyektlər varsa, onların aradan qaldırılmasına görə məsuliyyət Livan ordusu və onun qanuni təsisatları vasitəsilə yalnız Livan dövlətinin üzərinə düşür.

İsrailin Livana endirdiyi zərbə nəticəsində hərbçilər yaralanıb

İsrailin Livana endirdiyi zərbə nəticəsində hərbçilər yaralanıb

Livan ordusunun beş hərbçisi İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində yaralanıb. Primeinfo.az-ın “Al Jazeera”ya istinadən verdiyi məlumata görə, bu barədə Livan Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, zərbə Bint-Cubayl şəhərinə endirilib.

İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubundakı Əl-Mansuri şəhərində “Hizbullah” təşkilatına aid hərbi obyektlərə azı beş zərbə endirib. Primeinfo.az xəbər verir ki,bu barədə “Janoubia” xəbər portalı məlumat yayıb. Portalın məlumatına görə, bombardmanlara sakinlər tərəfindən tərk edilmiş bir neçə ev də məruz qalıb

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb

İsrail ordusunun Livanın cənubuna intensiv hava hücumları nəticəsində son 24 saat ərzində 77 nəfər həlak olub, daha 120 livanlı yaralanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. “2 martda hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan livanlıların ümumi sayı 4057-yə çatıb, 12121 nəfər yaralanıb”, – məlumatda deyilir.

Pezeşkian: İran ABŞ ilə dialoqu davam etdirəcək

Pezeşkian: İran ABŞ ilə dialoqu davam etdirəcək

İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailin Livana yenidən hücumları fonunda münaqişənin həlli ilə bağlı ABŞ ilə dialoqu davam etdirmək qərarına gəlib. Primeinfo.az  xəbər verir ki, bunu İran prezident Məsud Pezeşkian deyib. “Ali Milli Təhlükəsizlik Şurası danışıqların davam etdirilməli olduğu qənaətinə gəlib”, – o deyib.