Xəbər axtarın

Son axtarış nəticələri:

Qazaxıstanda Molla Nəsrəddin filminin çəkilişləri yekunlaşır - FOTO

15.08.2026 19:45

Qazaxıstanda Molla Nəsrəddin filminin çəkilişləri yekunlaşır - FOTO

Qazaxıstanda “Molla Nəsrəddin – çətin günlərin dostu” filminin çəkilişlərinin yekun mərhələsinə start verilib. Layihə altı türk ölkəsinin kinematoqrafçılarını bir araya gətirib.

Primeinfo.az  Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə istinadən xəbər verir ki, bundan əvvəl çəkiliş qrupu Azərbaycan, Türkiyə, Qırğızıstan, Türkmənistan və Özbəkistanda işləyib. Yekun çəkilişlər Almatı vilayətində, Almatı və Türküstan şəhərlərində, o cümlədən Xoca Əhməd Yasəvi məqbərəsinin ərazisində aparılacaq.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi Azərbaycanın Xalq artisti Vaqif Mustafayevdir. Xoca Nəsrəddin obrazını Qazaxıstanın Əməkdar artisti Saqızbay Karabalin canlandırır.

Layihə 2023-cü ildə Şuşada keçirilən TÜRKSOY Daimi Şurasının 40-cı iclasında irəli sürülüb.

Qazaxıstanda Molla Nəsrəddin filminin çəkilişləri yekunlaşır - FOTO Qazaxıstanda Molla Nəsrəddin filminin çəkilişləri yekunlaşır - FOTO Qazaxıstanda Molla Nəsrəddin filminin çəkilişləri yekunlaşır - FOTO

Paylaş: