Xəbər axtarın

Son axtarış nəticələri:

İran və ABŞ arasında qapalı danışıqlar keçirilir

13.08.2026 20:45

İran və ABŞ arasında qapalı danışıqlar keçirilir

İranla ABŞ arasında qapalı formatda danışıqlar aparılır.

Primeinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi məlumat verib.

Diplomatın sözlərinə görə, münaqişə tərəfləri hazırda da qapalı məsləhətləşmələri davam etdirirlər. Bu təmaslarda irəliləyişin olub-olmadığına dair suala isə Faysal Niyaz Tirmizi müsbət cavab verib.

Eyni zamanda, o, danışıqların keçirildiyi yeri açıqlamayıb.

“Bu, ictimaiyyətə açıq məlumat deyil, amma biz bunun üzərində işləyirik”, – deyə səfir qeyd edib.

Paylaş: