İran ABŞ-ın dəniz blokadası fonunda anbarların daşmasının qarşısını almaq üçün neft hasilatını azaltmağa başlayıb. Primeinfo.az xəbər verir ki, məlumatı Bloomberg İrandakı mənbələrə istinadən yayıb. Bu mənbələrə görə, Tehran anbarlarının tamamilə dolmasını gözləmədən, hasilatı azaltmağa çox əvvəldən başlayıb.
İranın Hörmüz boğazını açmasından sonra qlobal enerji bazarlarında neft ucuzlaşıb. “APA-Economics” xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin dəyəri 9,95% azalaraq 89,5 dollar/barel təşkil edib. Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçerslərinin dəyəri də11,05% azalaraq 84,23 dollar/barel təşkil edib Xatırladaq ki, bu gün İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında İranın Hörmüz boğazını açdığını bildirib.
ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşması qlobal enerji bazarında dərhal şok effekti yaradıb və bir neçə gün əvvəl rekord səviyyələrə yaxınlaşan neft qiymətləri kəskin şəkildə enişə keçib. Analitiklər bu prosesi təkcə bazar reaksiyası deyil, həm də müharibə riskinin müvəqqəti aradan qalxmasının nəticəsi kimi qiymətləndirirlər. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Pakistanın vasitəçiliyi ilə irəli sürülən iki həftəlik atəşkəs planını qəbul etməsindən sonra xam neftin qiyməti sürətlə ucuzlaşaraq bir barel üçün 100 dollar həddindən aşağı düşüb.
ABŞ və İran arasında açıqlanan atəşkəsdən sonra neftin qiyməti 100 dollardan aşağı düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Primeinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,09 ABŞ dolları və ya 5,6% artaraq 95,43 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 90,34 ABŞ dolları təşkil edib.
İran dünya bazarlarını ciddi enerji böhranı ilə hədələyib. Primeinfo.az-ın məlumatına görə, ölkənin hərbi rəhbərliyinin nümayəndəsi İbrahim Zolfaqari bildirib ki, regiondakı təhlükəsizlik vəziyyəti dəyişməzsə, neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər. Qeyd edək ki, İran qüvvələri Hörmüz boğazı yaxınlığında bir neçə ticarət gəmisinə atəş açıb.
Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. Primeinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,72 ABŞ dolları artaraq 94,62 ABŞ dollara çatıb. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Primeinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,32 ABŞ dolları və ya 1,85% ucuzlaşaraq 72,78 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,46 ABŞ dolları təşkil edib.
Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif müəyyən edib. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, tariflər mövzusu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin İrəvanda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşündə əsas müzakirə mövzusu olub.