
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri mayın 23-nə keçən gecə Rusiyada bir sıra mühüm obyektlərə, xüsusilə Krasnodar diyarındakı “Şesxaris” neft terminalına zərbələr endirib.
Primeinfo.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.
“2026-cı il mayın 23-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri bir sıra mühüm obyektlərə zərbələr endirib. Xüsusilə “Şesxaris” neft terminalı (RF, Krasnodar diyarı, Novorossiysk) vurulub – terminalın ərazisində yanğının baş verdiyi təsdiqlənib. Novorossiysk rayonunda “Qruşevaya” tranzit neft bazası vurulub – obyektin ərazisində yanğın qeydə alınıb”, – məlumatda deyilir.